19 Oktyabr 2021 22:14
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqo Demokratik Respublikasının cənubunda yük maşınının qəzaya uğraması nəticəsində onlarla insan ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli “Actualite” nəşri bölgə səlahiyyətlilərinə istinadən məlumat verib.

Qeyd edilir ki, yük maşını idarəetmədən çıxaraq Yuxarı Katanqa əyalətində Kalume-Nqonqo çayına düşüb.

Əyalət hökumətinin sözçüsü Josef Kayumba qəza zamanı 50 nəfərin həlak olduğunu, yalnız 2 nəfərin sağ qaldığını bildirib.

Dalğıclar hadisə yerində axtarış-xilasetmə işlərinə davam etdirir, ölənlərin sayı arta bilər.


Müəllif: Teleqraf.com