20 Oktyabr 2021 09:59
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə xarici ölkədən qayıdan uşaqda koronavirusun "AY.4.2" adlı yeni ştammı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Daha əvvəl bir neçə Avropa ölkəsində aşkarlanan "AY.4.2" ştammı bu gün İsraildə xaricdən qayıtmış və artıq Ben Gurion hava limanında testdən keçmiş 11 yaşlı uşaqda qeydə alınıb", - bildirilir.

Məlumata görə, uşaq ölkəyə qayıtdıqdan sonra təcrid edilib və heç kimlə əlaqədə olmayıb.


Müəllif: Teleqraf.com