20 Oktyabr 2021 13:47
2 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci dünya müharibəsi zamanı batırılan ruh-gəmilər Yaponiyanın İvodzima adası yaxınlığında su səthinin üstündə peyda olublar.

Teleqraf.com xəbər verir ki, bu, bir müddət öncə regionda baş verən güclü zəlzələ nəticəsində mümkün olub.

"Daily Mail"in məlumatına görə, hazırda 24 gəmi “skeleti” sahildə “yatır”. Onların havadan çəkilmiş videosu “All Nippon News” tərəfindən yayımlanıb.

Bu gəmilərin İvodzima döyüşü əsnasında Amerika qoşunları tərəfindən ələ keçirildiyi qeyd olunur. Onlar adanın qərb hissəsinə aparılıb və “volnorez” (gəmilərin dayaqlarını dalğalardan qoruyan vasitə) kimi istifadə edilib. Müharibədən dərhal sonra bu gəmilər batırılıb və 70 ildən artıq su altında qalıblar.


Müəllif: Səxavət