20 Oktyabr 2021 19:12
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mali və Mərkəzi Afrika Respublikasındakı türk əsgərlərinin vəzifə müddətinin 1 il uzadılması ilə bağlı təklif Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilib.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi parlamentin ümumi iclasında müzakirə edilib.

Sənəddə türk əsgərlərinin Afrika və Malidə qalmasının regional sabitliyə və sülhə təhlükə yaradan humanitar və siyasi böhranların həllinə hərbi töhfə vermək məqsədi daşıyacağı vurğulanır.

Təklif Məclisin ümumi iclasında qəbul edilib.

Qeyd edək ki, türk hərbçiləri 2016-cı ildən Mali və Mərkəzi Afrika Respublikasındadır.


Müəllif: Yeganə Oqtayqızı