20 Oktyabr 2021 20:37
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Federasiyası ilə həmsərhəd bölgələrdə NATO Hərbi Hava Qüvvələrinin kəşfiyyat və taktiki təyyarələrinin uçuşlarının sayı ötən illə müqayisədə otuz faiz artıb”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya və Belarusiya hərbi idarələrinin birgə kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, NATO-nun himayəsi altında əməliyyat və döyüş hazırlığının yüksək intensivliyi qalır:

“Hər il ittifaqa daxil olan dövlətlərin qərb sərhədi yaxınlığında, Rusiya ilə silahlı qarşıdurmaya əsaslanan 30 -dan çox təlim keçirilir. Getdikcə alyansa daxil olmayan ölkələr - Gürcüstan, Ukrayna, İsveç və Finlandiya da buna cəlb olunur. Baltikyanı ölkələrin, Polşanın və Baltik dənizi akvatoriyasında manevrlər üçün daha fəal istifadə edilməyə başlanılıb”.

Şoyqu bildirib ki, NATO Rusiya və Belarus İttifaq Dövləti sərhədlərinin yaxınlığında hərbi infrastrukturunu gücləndirir, hərbi-siyasi vəziyyət çətindir:

“Amerika Birləşmiş Ştatları quru qüvvələrinin zirehli briqadası və dörd çoxmillətli batalyon taktiki qrupu Polşa və Baltikyanı ölkələrə göndərilib. Alyansın koalisiya bölmələrinin qərargahı Rumıniya, Polşa və Latviyada yaradılıb”.

Rusiya müdafiə naziri qeyd edib ki, NATO-nun prioritet qüvvələrinin sayı demək olar ki, iki dəfə, 25 mindən 40 min hərbçiyə qədər artıb: “Vaşinqton Rumıniya və Polşada “İdjis Eşor” raket əleyhinə sistemləri yerləşdirir. Eyni zamanda, buraxılış qurğularının çox yönlü olması, Pentaqon tərəfindən hazırlanan raket əleyhinə “Tomaqavk” qanadlı raketlərindən və perspektivli zərbə silahlarından istifadə etməyə imkan verir. ABŞ ordusu Avropa ölkələrində taktiki nüvə silahlarını və saxlama bazalarını modernləşdirmək üçün fəal işə başlayıb. NATO-nun nüvə üzvü olmayan dövlətlərinin pilotlarının taktiki nüvə silahlarından istifadə praktikası üçün təlimlərə cəlb edilməsi xüsusi narahatlıq doğurur. Biz bunu Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin birbaşa pozulması kimi qiymətləndiririk”.

Rusiya müdafiə naziri əlavə edib ki, hərbi təhdidlərə əlavə olaraq, sözdə kollektiv Qərbdən Rusiyaya siyasi və iqtisadi təzyiqlər göstərməyə davam edir: “Bu şəraitdə cavab tədbirləri görmək məcburiyyətindəyik. Bu tədbirlərdən biri də Birlik Dövlətinin yeni Hərbi Doktrinasıdır. Birlik Dövlətinin Yeni Hərbi Doktrinası hazırlanıb və yaxın gələcəkdə Birlik Dövlətinin Ali Dövlət Şurasının növbəti iclasında təsdiq edilməsi planlaşdırılır”.


Müəllif: Nemət