20 Oktyabr 2021 21:26
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Baş katibi Yens Stoltenberq Rusiyanın NATO-dakı missiyasını dayandırması qərarını sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, baş katib Rusiyanın NATO-dakı missiyasını dayandırmaq barədə qərarından təəssüfləndiklərini bildirib.

"İkitərəfli əlaqələr soyuq müharibədən bəri ən aşağı səviyyədədir. "Rusiya ilə dialoqa açığıq. Amma Rusiyanın raket gücü təhlükəsizliyimiz üçün təhdid yaradır. Münaqişələrin qarşısını almaq qabiliyyətimizi artıraraq məsələ ilə məşğul olacağıq".


Müəllif: Leyla