20 Oktyabr 2021 22:25
1 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu və İranın Daxili İşlər naziri Əhməd Vahidi iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Teleqraf.com xəbər verir ki, Tehranda səfərdə olan Soylu heyətlər arasında məhsuldar görüşlər keçirildiyini vurğulayıb.

"PKK terror təşkilatı və bütünlükdə terror təşkilatları ilə mübarizədə ortaq iradə nümayiş etdiririk. Bu gün terrorla mübarizə məsələsində birlikdə olduğumuzu və qətiyyətimizi bir daha təsdiqlədik. Sərhəd təhlükəsizliyi İran və Türkiyə arasında ən əsas mövzulardan biridir", - Soylu qeyd edib.

O, iranlı nazir Vahidinin tövsiyəsi ilə iki ölkənin sərhəd əyalətlərində yeni ortaq işçi qruplarının formalaşdırıldığını da söyləyib.


Müəllif: Leyla