20 Oktyabr 23:26

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 214 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 361 350 nəfər test edilib, onların 29 760-nın koronavirus testi pozitiv nəticə verib, 28 803 nəfər sağalıb.

Nazirliyin yaydığı statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 114 620 510 peyvənd tətbiq edilib ki, bunun 88,63 faizi birinci, 76,86 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


Müəllif: Teleqraf.com