21 Oktyabr 2021 08:42
289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Şenyan şəhərində baş verən partlayış nəticəsində ən azı bir nəfər ölüb, 33 nəfər yaralanıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə South China Morning Post qəzeti şəhərin yanğınsöndürmə xidmətinə istinadən bildirib.

Məlumata əsasən, partlayış nəticəsində bir neçə bina və avtomobilə ziyan dəyib.

İlkin məlumatlara görə, buna səbəb binalardan birində qaz sızması ola bilər. CGTN telekanalının verdiyi məlumata görə, partlayış restoranda baş verib.


Müəllif: Teleqraf.com