21 Oktyabr 14:13
369

Çin gəmiləri Yaponiya su sərhədlərinə daxil olub.

Teleqraf.com-un məlumatına görə, Kinava əyalətinin Naha məntəqəsindəki XI Bölgə Sahil Təhlükəsizliyinin qərargahı elan edib ki, Çinə aid gəmilər Yaponiyanın milli ərazi sularının sərhədini pozub.

Çin gəmiləri Minami Kojima və Uotsurijima adalarına yaxınlaşaraq burada iki saat dayanıb. Daha sonra gəmilər Kubaşima adası istiqamətində 26 kilometr cənub qərbə çəkilib. Qeyd edilir ki, Yaponiya hərbi gəmilərinin xəbərdarlığından sonra Çin gəmiləri ərazidən ayrılıb.

Statistikaya görə, Çin sonuncu dəfə 19 sentyabrda Yaponiya milli sularına daxil olmaqla beynəlxalq sərhədləri pozub. Ümumilikdə bu il Çin gəmiləri 30 dəfə Yaponiya su sərhədini pozub.


Müəllif: Nemət