21 Oktyabr 2021 20:25
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Avstraliya əyalətində 6 gün əvvəl itən 4 yaşındakı kiçik qızı tapan və ya tapılmasını təmin edəcək informasiya verən şəxsə 1 milyon Avstraliya dolları veriləcəyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, 4 yaşlı Kleo Smit oktyabrın 16-da Karnarvon qəsəbəsinin şimalında ailəsi ilə qurduğu çadırdan yoxa çıxıb.

Polis araşdırmasına dəstək olaraq kiçik qızı tapacaq və ya tapılmasına kömək edəcək şəxsə 1 milyon dollar veriləcəyi açıqlanıb.

Əyalətin polis rəisi Kol Blank deyib ki, qızcığazı tapmaq üçün 100 polis əməkdaşı səfərbər edilib. Polis ehtimal edir ki, qızı qaçırıblar.


Müəllif: Nemət