21 Oktyabr 2021 13:55
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın BMT-dəki daimi təmsilçisi Linda Tomas Qreenfield Şimali Koreya ilə ön şərt olmadan dialoq təklifi etdiklərini, davamlı və əsaslı dialoq qurmağın zamanı gəldiyini elan edib.

Teleqraf.com xəbər verir ki, Şimali Koreyanın sualtıqayıqdan yeni tip ballistik raket sınaqdan keçirməsini açıqladıqdan sonra ABŞ və İngiltərə Pxenyanın nüvə proqramı mövzusunu BMT Təhlükəsizlik Şurasına çıxarıb.

ABŞ-ın BMT-dəki səfiri Qreenfield Pxenyanın ballistik raket sınaqlarını pisləyir və bu sınaqlarla BMT Təhlükəsizlik Şurasının qərarlarının pozulduğunu bildirib.

Şimali Koreyanın son ballistik raket sınağının “ehtiyatsız təxribat” olduğunu bildirən Qreenfield Pxenyanı növbəti təxribatdan çəkinməyə çağırıb. Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün “davamlı və əsaslı bir dialoq” qurmağın vaxtının gəldiyinə işarə edən diplomat Şimali Koreyaya heç bir şərt qoymadan görüş təklif etdiklərini söyləyib.


Müəllif: Nemət