21 Oktyabr 2021 14:04
3 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kabo-Verde adalarına səfiri təyin edilən Natalya Poklonskaya vəzifə səlahiyyətlərini icar etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, 41 yaşlı səfir siyasətlə yanaşı sosial mediada da çox fəaldır.

Təyinatından sonra sosial şəbəkədə “dünyanın ən gözəl səfiri” adlandırılan Natalya Poklonskaya “İnstaqram” hesabında ilk formada şəklini paylaşıb. Fotonun altındakı şərhlərdə çoxları Poklonskayaya yeni vəzifəsində uğurlar arzulayıb, bəziləri isə “Ən gözəl səfir” şərhini yazıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Poklonskayanı Kabo-Verde səfiri təyin etmişdi.

İngilis mediası bu təyinatı "sürgün" kimi xarakterizə edib.


Müəllif: Yeganə Oqtayqızı