21 Oktyabr 2021 16:59
5 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Silahlı Qüvvələri (TSK) Tükiyə sərhədi xaricində PKK terrorçularına zərbələr endirməkdə davam edir.

Teleqraf.com-un məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib ki, terrorçuları qəfil yaxalamaq və zərərsizləşdirmək addımları davam edir.

Bu çərçivədə İraqın şimalındakı Zap bölgəsində müəyyən edilən iki terrorçu Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.

“Əməliyyatlar təsirli və qərarlı şəkildə davam etdiriləcək”, - Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.


Müəllif: Nemət