21 Oktyabr 14:52
230

Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Naftali Bennat arasında oktyabrın 22-də Soçidə görüş keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçsının Tvitter səhifəsində qeyd edilib.

Tərəflər Yaxın Şərqdəki vəziyyəti, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.


Müəllif: Teleqraf.com