21 Oktyabr 2021 15:48
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasına qatılmaq üçün alyansın Brüsseldə yerləşən mənzil-qərargahına gəlib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin NATO-dakı daimi nümayəndəsi, səfir Basat Öztürk və digər yetkililər tərəfindən qarşılanan Akar Türkiyənin NATO-dakı daimi nümayəndəliyini və hərbi nümayəndəliyini ziyarət edib, heyətlə görüşüb və davam edən işlər haqqında məlumat alıb.

Hulusi Akar Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında beynəlxalq aləmin mövzusuna çevrilən Türkiyənin çox əhəmiyyətli işlər gördüyünü və ciddi uğurlar əldə etdiyini söyləyib.

Türkiyənin bu günədək NATO-da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini vurğulayan H.Akar bunu bundan sonra da davam etdirəcəyini bildirib.

Qeyd edək ki, NATO müdafiə nazirlərinin iclası iyun ayında keçirilən NATO sammitindən və alyansın bu yay Əfqanıstandan çıxmasından sonra keçirilən ilk görüş olması baxımından önəm daşıyır.


Müəllif: Səxavət