21 Oktyabr 2021 18:30
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalında Türkiyənin yeni əməliyyat keçirməsi haqda siqnal verməsi PKK/YPG qüvvələri daxilində təşvişə səbəb olub.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, terror təşkilatı gənclər arasında zorla hərbçi toplamaq və gücünü artırmaq üçün yeni həmləyə başlayıb.

Yerli qaynaqlardan əldə edilən informasiyaya görə, YPG-yə bağlı hərbi polis nümayəndələri dünən səhər saatlarında nəzarət məntəqələri və mobil patrullar sayəsində 40-dan çox gənci həbs edib.

Terror təşkilatının başlatdığı bu kampaniya Raqqa şəhərinin qərbindəki Əl-Mahmudli, Vadyan, Mansura, Kadiran və Salhabiyə kəndlərini əhatə edib.

Bundan başqa, Ankaranın əməliyyat siqnalından sonra PKK/YPG-nin mümkün qədər döyüşçü toplamaq üçün Raqqa ətrafındakı qəsəbələrin girişinə və mərkəzində nəzarət nöqtələri yaradıb.


Müəllif: Nemət