21 Oktyabr 2021 21:28
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-dan qorunmasını təkmilləşdirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ÜST-ün məlumatında deyilir.

ÜST-ün hesablamalarına görə, 2020-ci ilin yanvarından 2021-ci ilin mayına qədər koronavirus infeksiyası azı 80 min tibb işçisinin ölümünə səbəb olub.

ÜST və tərəfdaşları tibb işçilərinin infeksiyadan qorunmasını təmin etmək üçün ölkələrdən təcili və konkret addımlar atılmasını gözləyirlər.

Təşkilatın 119 ölkə üzrə əldə etdiyi məlumatlar göstərir ki, 2021-ci ilin sentyabr ayı üçün dünyada orta hesabla tibb işçilərinin yalnız təxminən 40%-i koronavirusa qarşı tam peyvənd edilib.

Tibb işçiləri arasında aşağı və yüksək gəlirli ölkələrdə peyvəndləmədə bərabərliyin olmaması ilə əlaqədar dərin narahatlıq ifadə edilir.


Müəllif: Teleqraf.com