21 Oktyabr 23:56
306

Konqo Demokratik Respublikasında bu ilin avqust ayından bəri ən azı 165 uşaq naməlum xəstəlikdən dünyasını dəyişib.

Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, ölkənin cənub-qərbində yayılan naməlum xəstəlik 5 yaşına qədər uşaqlara təsir edir.

Xəstəliyə yoluxmuş uşaqların bəzilərində malyariyaya bənzər simptomlara rast gəlinir.

Səhiyyə nazirliyi bildirir ki, bəzi uşaqlar haqqında heç bir şey bilmədiyimiz və anemiyaya səbəb olan bir xəstəliklə mübarizə aparırlar.

Xəstəlik kəndlərdə gündə orta hesabla 4 uşağın ölümünə səbəb olur.


Müəllif: Yeganə Oqtayqızı