22 Oktyabr 2021 08:37
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya kraliçası II Elizabet oktyabr 20-si günü gecəni xəstəxanada keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakinqam Sarayından verilən açıqlamada deyilib:

“Həkimlərin bir neçə gün dincəlmək ilə bağlı tibbi tövsiyələrindən sonra, Kraliça oktyabrın 20-si bəzi ilkin təhlillər üçün xəstəxanaya gedib və gecəni orada keçirib. 21 oktyabrda isə nahar vaxtı "Windsor Qalası”na qayıdıb və hazırda yaxşı əhval -ruhiyyədədir”, deyə saraydan verilən açıqlamada deyilir.


Müəllif: Teleqraf.com