22 Oktyabr 2021 10:15
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-a aid zirehli hərbi yük gəmisi Yunanıstanın Dədəağac limanına çatıb.

Teleqraf.com xəbər verir ki, gəmidə çoxlu sayda helikopter, tank, zirehli maşınlar və fərqli hərbi ləvazimatlar var.

ABŞ silahlarının Aralıq dənizinə gətirilməsinə məqsəd Bolqarıstan, Rumıniya və Macarıstanda keçiriləcək hərbi təlimlərlə əlaqəlidir.

ABŞ hərbi rəsmilərinin Dədəağac limanı rəhbərləri ilə toplantı keçirdiyi də ortaya çıxıb.

Bu, son illər ABŞ-ın Aralıq dənizi sahilinə ən böyük masştablı silah tədarüküdür.


Müəllif: Nemət