22 Oktyabr 2021 10:49
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada COVID-19 virusuna yoluxma halları yenidən artmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, son sutka ərzində İngiltərədə 52009 nəfərdə virusa yoluxma halı qeydə alınıb. Bu rəqədəm 17 iyuldan sonra ən yüksək göstəricidir.

İngiltərə səhiyyə nazirliyinin yaydığı məlumata görə, ötən gün 115 nəfər virusa yoluxaraq həyatını itirib.

İngiltərə prezidenti Boris Conson xəstəliyə yoluxma halları artsa da, yeni məhdudiyyətlərin tətbiq edilməyəcəyini bildirib.

Ölkə başçısı vətəndaşlardan üçüncü doza vaksin olunmalarını xahiş edib.

İngiltərə səhiyyə naziri Sajid Cavid bildirib ki, qış fəslində gündəlik 100 min yoluxma halı qeydə alına bilər: “Pandemiya bitməyib. Virus uzun müddət bizimlə yaşayacaq. Buna görə də qorunma tədbirlərinə əməl etməliyik”.


Müəllif: Aysel Azad