22 Oktyabr 2021 12:46
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mossad üçün Türkiyədə casusluq edən 15 nəfər Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, MİT-in 200-ə yaxın əməkaşı Mossad üçün çalışan 15 nəfərlik qrupu bir il izləyib.

İddiaya görə, 15 nəfərlik qrup əslində üç qrupa bölünməklə fəaliyyət göstərirmiş.

Casuslar əsasən fələstinlilərin Türkiyədəki universitetlərə necə daxil olduğu, bələdiyyə və hökumət tərəfindən onlara nə cür dəstək və imkan yaradıldığını öyrənirmiş.

Gələcəkdə Türkiyə hərbi sənayesində işləyə biləcək xarici tələbələrin məlumatlarını da Mossada ötürən şəbəkənin Türkiyədə fəaliyyət göstərən fərqli dərnək və qurumlar haqqında araşdırma apardığı ortaya çıxıb.

15 casusun hər biri beynəlxalq casusluq ittihamı ilə saxlanılıb.

Casuslardan biri olan Səlcuq Universitetinin tibb fakültəsinin fələstinli tələbəsinin durumu isə daha ilginc olub. Şübhəlinin bir müddət əvvəl itdiyi haqda polisə müraciət edilib. Dostları cümə namazı üçün evdən çıxan tələbədən xəbər ala bilmədiklərini bildirmişdi. Tələbənin İsrail tərəfindən qaçırıldığını iddia edən dostları hətta sosial şəbəkədə kampaniya keçirmişdi. Amma saxlanılan şəxsin Mossad şəbəkəsinin kritik üzvü olduğu, iki dəfə Surixə getdiyi, burada Mossad nümayəndələri ilə görüşdüyü ortaya çıxıb.

MİT müəyyən edib ki, casuslar telefonda xüsusi şifrəli proqramla əlaqə qurublarmış.


Müəllif: Nemət