13 Noyabr 2014 16:38
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri Misirin Sina yarımadasına iki hücum təşkil ediblər.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hücumlar nəticəsində 5 nəfər həlak olub. Rəsmi məlumatlara görə, öldürülənlər Misir ordusunda xidmət edən əsgərlər olub.

Şahidlər hər iki hücumda militanların yola barrikada quraraq, hərbçiləri öldürdüyünü bildiriblər.

Qeyd edək ki, İŞİD döyüşçülərinin ötən ay eyni bölgəyə etdiyi hücum nəticəsində 31 əsgər həyatını itirib.

Samir


Müəllif: