23 Oktyabr 2021 09:37
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri Əbdülhəmid əl-Matarın Suriyanın Təl-Abyad bölgəsində keçirilən əməliyyatda öldürüldüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Açıqlamada hücumun “MQ-9” tipli PUA-larla həyata keçirildiyi bildirilib.

Əməliyyatda mülki itkilərlə bağlı məlumatın olmadığı diqqətə çatdırılıb.

Açıqlama “Əl-Qaidə”nin ABŞ və müttəfiqləri üçün təhdid yaratmağa davam etdiyi vurğulanıb:

“Əl-Qaidə” Suriyanı yenidən təşkilatlanmaq və xarici əməliyyatları planlaşdırmaq üçün təhlükəsiz sığınacaq kimi istifadə edir. Eyni zamanda, “Əl-Qaidə” Suriyadan bu ölkə, İraq və ətraf bölgələri təhdid etmək üçün baza kimi istifadə edir”.


Müəllif: Mənsur Rəğbətoğlu