23 Oktyabr 2021 10:40
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əməliyyat mesajından sonra türk PUA-ları Fərat çayının şərqində kəşfiyyat uçuşlarına başlayıb.

Teleqraf.com xəbər verir ki, Suriya Milli Ordusunun komandanlarından biri “Al Monitor”-a açıqlamasında əməliyyata hazırlıq üçün təlimat aldıqlarını və əməliyyat məkanının hələlik məlum olmadığını deyib.

PKK/PYD/YPG terror təşkilayının Azezdə iki türk polisini şəhid etməsi bardağı daşıran son damla oldu. ABŞ-dan aldığı dəstəklə ruhlanan terror təşkilatı son iki ayda türk ordusu, Suriya Milli Ordusu və mülki şəxslərə ən az 130 hücum təşkil edib. Bu hücumlar ABŞ və Rusiyanın boşaltmağa söz verdiyi, amma PKK-nın işğalı davam etdiyi Mənbiç, Təl-Rıfat, Ayn İsa və Təl-Xələfdən olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan bu olaylardan sonra verdiyi açıqlamada Suriyadan hücumların artdığını və bunların qarşısını almaqda qərarlı olduqlarını bildirib.

Britaniyanın “Röyter” xəbər agentliyinə danışan türk rəsmiləri Türkiyə Silahlı Qüvvələri və MİT-in hazırlıq gördüyünü, Rusiya və ABŞ-la diplomatik danışıqlar nəticə verməyəcəyi təqdirdə Türkiyənin Suriyada PKK/YPG-yə qarşı yeni əməliyyata başlayacağını bildirib.

Baş verən bu son gəlişmələrdən sonra türk PUA-ları Fəratın şərqində - PKK/YPG terror təşkilatının işğalı altında Qamışlı və Ayn əl-Ərəb üzərində kəşfiyyat uçuşları həyata keçirməyə başlayıb.

Suriya Milli Ordusunun səhra komandirlərindən biri “Al Monitor”a açıqlamasında bunları deyib:

“Ankara bir həftə əvvəl bizdən hərbi hazırlığımızı artırmağı xahiş etdi. Maşınlarımızı hazırladıq, silahlarımızı yoxladıq. Ancaq əməliyyatın nə vaxt və harada olacağı hələ dəqiq deyil. Amma ehtimal etmək olar ki, Türkiyənin növbəti əməliyyatı Təl-Rıfatda olacaq, orada rejimin və rus hərbçilərinin olması səbəbindən bu asan olmayacaq. Türkiyə əməliyyata Ayn əl-Ərəbdən də başlaya bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu