23 Oktyabr 2021 17:35
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Alek Bolduinin təsadüfən operatoru güllələyib öldürdüyü və rejissoru yaraladığı filmin assistenti Bolduinə tapançada döyüş patronlarının olmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti istintaq ifadəsinə istinadən xəbər yayıb.

Detektivin qeydə aldığı ifadədə bildirilir ki, rejissorun assistenti tapançanın həqiqi güllə ilə dolu olduğundan xəbəri olmayıb.

Qeyd edək ki, oktyabrın 21-də amerikalı aktyor Alek Bolduin "Pas" filminin çəkiliş meydançasında operator Qalina Xatçinsi öldürüb, rejissor Coel Souzu isə körpücük sümüyündən yaralayıb. Bu hadisə dünya mediasında geniş əks-səda doğurub.

Bolduin insidentdən sonra könüllü olaraq filmin çəkilişlərinin getdiyi Nyu-Meksiko ştatında polis bölməsinə gedib.


Müəllif: Səxavət