23 Oktyabr 2021 15:09
2 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-dan “F-16” qırıcılarının alınması ilə əlaqədar texniki işlər başlanılıb. Bu prosesi yaxından izləyirik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra verdiyi açıqlamada deyib.

Akar Türkiyənin ABŞ-dan yeni “F-16” döyüş qırıcılarının tədarükü ilə əlaqədar bunları bildirib:

“Bir çox ehtiyacımızı yerli istehsal hesabına ödəyə bilirik. Bunun xaricində qarşılamalı olduğumuz ehtiyaclarımız da var. Bu mənada əlimizdə olan “F-16”-ları yeniləməliyik. Strateji müttəfiqimiz, dostumuz ABŞ-dan həm "F-16"-ların tədarükü, həm də bəzi təyyarələrimizin modernləşdirilməsi üçün texniki işlərə başlanılıb. Türkiyə və Türk Silahlı Qüvvələrinin güclənməsi həm də NATO-nun müdafiəsinin gücləndirilməsi deməkdir”.

Amerikalı həmkarı Lloyd Ostinlə görüşünün necə keçdiyi haqda suala Akar belə cavab verib:

“Liderlər Zirvəsi oktyabrın 30-da Romada keçiriləcək. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan cənab Baydenlə görüşəcək. Biz də bacardığımız qədər kömək etmək üçün çalışırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu