23 Oktyabr 2021 14:23
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Suriya ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir, bunu bizimlə anlaşma əldə edən ruslar və amerikalılar da etməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.

Suriyanın şimalındakı son gəlişmələr haqda açıqlama verən Akar qeyd edib:

“Amerikalılar və ruslarla əldə etdiyimiz anlaşmalar var. Bu müqavilələrdə yer alan maddələri ən yaxşı şəkildə yerinə yetirdik və yerinə yetirməyə davam edirik. Tərəfdaşlarımıza da öz üzərlərinə düşənləri etmələrini xatırladırıq. Atəşkəs əldə olunub. Ara-sıra pozuntular, toqquşmalar, hücumlar olsa da, ümumilikdə atəşkəs və sabitlik davam edir.

Prezidentimizin Soçidə cənab Putinlə görüşündən sonra atmosfer sakitləşsə də, oktyabrın 20-də Dəməşqdə hücum oldu. Partlayış nəticəsində 14 Suriya əsgəri, bundan sonra rejimin İdlibdə həyata keçirdiyi hücumlar nəticəsində 10 günahsız insan həyatını itirdi. İdlibdə yaşayan insanlar Dəməşqdəki hadisələri ilə heç bir əlaqəsi olmayan günahsız insanlardır”.

Türkiyənin Suriyanın şimalında - terrorçulardan təmizlənmiş bölgələrdə həyatın normala dönməsi üçün səylərini davam etdirdiyini bildirən Akar vurğulayıb: “Bəziləri bu səylərimiz haqda danışanda deyirlər ki, guya biz burada yerləşirik. Bu yanlışdır. Bunu başqa cür şərh etmək doğru deyil”.

İdlibdəki gəlişmələrə Türkiyə müdafiə naziri bildirib:

“Oradakı varlığımız önəmlidir. Bizim oradakı varlığımız rejimin qırğınlarının qarşısını alır. Bunun əngəllənməsi həm köçün, həm də radikallaşma dalğasının qarşısını alır”.


Müəllif: Mənsur Rəğbətoğlu