23 Oktyabr 2021 18:58
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın dağlarına yağan qar nəticəsində ən azı 11 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Turistlərdən, yükləyicilərdən və bələdçilərdən ibarət 17 nəfərlik qrupun 18 oktyabrda yola çıxdığı qeyd edilir.

Hindistan Hərbi-Hava Qüvvələri iki vertolyotu axtarışlara cəlb edib, nəticədə 11 cəsəd aşkarlanıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Bundan əvvəl Hindistanın Kerala ştatında pis hava şəraiti nəticəsində ən azı 18 nəfərin öldüyü məlum olmuşdu.


Müəllif: Səxavət