23 Oktyabr 2021 16:53
6 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qırğızıstan Rusiya və Türkiyədən pilotsuz hücum aparatları almaq niyyətindədir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov açıqlama verib.

“Biz Türkiyədən və Rusiyadan hücum dronları alırıq. Rusiyanın köməyi ilə reaktiv təyyarələri təmir edirik. Bütün bunlara pul ayrılır, pulsuz deyil”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi Kamçıbek Taşiyev Türkiyədən alınmış “Bayraktar” pilotsuz aparatlarının tezliklə Bişkekə təhvil veriləcəyini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu