23 Oktyabr 2021 15:29
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 24-də Böyük Britaniya Birləşmiş Krallığının paytaxtı Londonda 44 günlük Vətən müharibəsi nəticəsindəAzərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsinin birinci ildönümünə həsr olunmuşbayram tədbiri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, parlamentin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev iştirak edəcək.

Keçiriləcək aksiyada Böyük Britaniyadakı azərbaycanlı icmasının üzvləri, diplomatik korpusun nümayəndələri və Birləşmiş Krallığın deputatlarının iştirakı gözlənilir.


Müəllif: Nemət