23 Oktyabr 2021 23:31
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “CNN International” telekanalının saytında Rusiya Prezidenti Vladimir Putinlə əlaqədar analitik material yayımlanıb.

Teleqraf.com xəbər verir ki, məqalədə son 10 ildə Putinin hakimiyyəti altında olan Rusiyanın bir çox Qərb ölkəsində böyük narahatlıq yaratdığı bildirilib.

“Bu narahatlıqlar əsassız deyil. Deyə bilərik ki, bu dövrdə Putin və onun yaxın çevrəsinə inam artıb. Başqa ölkənin ərazisini ilhaq etmək, başqa ölkənin müharibəsində diktatora kömək etmək və ya rəqiblərini zəhərləmək kimi nümunələrdən də göründüyü kimi, Putinin Kremli artıq heç bir şeydə Qərbin fikrini öyrənməyə ehtiyac duymur. Bu, Moskvanın aqressiyasını daha da artırır”, - məqalədə qeyd edilib.

Məqalədə Rusiyanın Avropa ilə münasibətlərində təbii qazdan silah kimi istifadə etdiyi deyilib və Qərbin Putini yaxşı tanımadığına diqqət çəkilib:

“Qərbin uğursuzluğu və Rusiyanın müvəffəqiyyəti, əlbəttə ki, hər iki tərəfin prioritetlərindən irəli gəlir. Putin Sovet İttifaqının dağılmasını “XX əsrin ən böyük geosiyasi faciəsi” adlandırmışdı. Putin son 10 ildə necə dəyişdiyini də nəzərə almalıyıq. Bura Krımın ilhaqı, Rusiyanın Suriyadakı addımlarını inkar edərək Qərb dövlətlərini aldatmaq, NATO və Türkiyə arasında münasibətləri pozmaq daxildir. Bu, “ölkəsinə şərəfini qaytarmağı qarşısına məqsəd qoymuş lider” obrazı yaradır”.


Müəllif: Mənsur Rəğbətoğlu