24 Oktyabr 2021 08:45
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın paytaxtı Praqada yerləşən zooparka böyük miqdarda miras qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə zooparkın direktoru Miroslav Bobek mediaya açıqlamasında deyib. O bildirib ki, miras qoyan şəxsin tam adı məlum deyil:

“Praqa 10-cu rayon məhkəməsindən öyrəndik ki, adı J.R olaraq açıqlanan qadın ölümündən sonra zooparka 16 milyon 769 min 398 çex kronunu (1 250 000 manat) miras qoyub. Bu, bizim üçün böyük bir ianədir. Pulu çox diqqətlə xərcləməliyik. Artıq bununla bağlı təkliflər almağa başlamışıq”.

Miras qoyan J.R.-nin yaxın dostları bildiriblər ki, son vaxtlar qadının səhhətində problemlər olub: “Problemlərini unutmaq üçün hər gün heyvanları seyr etmək və onlarla söhbət etmək üçün zooparka gedirdi. Onun belə bir miras qoymasına təəccüblənmirik".

Qeyd edək ki, 675 növdən 7000-ə yaxın heyvanın yaşadığı Praqa Zooparkı dünyanın 5-ci ən yaxşı zooparkıdır. Təxminən 58 hektar ərazini əhatə edən zoopark 563 nəsli kəsilməkdə olan heyvan növünə də ev sahibliyi edir.


Müəllif: Aysel Azad