24 Oktyabr 2021 12:42
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada son sutka ərzində daha 35 660 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 241 643 nəfərə çatıb.

Son sutka ərzində 1072 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 230 600 nəfərə çatıb.


Müəllif: Teleqraf.com