24 Oktyabr 2021 13:11
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”a İŞİD-lə mübarizədə kömək göstərir.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Vaşinqton Post” “Taliban” nümayəndələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Pakistan terrorçularla mübarizədə kəşfiyyat məlumatlarını ötürmək və texniki dəstək vermək üçün qeyri-rəsmi kanallardan istifadə edir.

“Pakistan bizim qardaşımızdır və onlar İŞİD haqqında kəşfiyyat məlumatları paylaşmaqla bizi bir çox cəhətdən dəstəkləyirlər. Əgər ABŞ və dünyanın digər dövlətləri məlumatları bizimlə bölüşsəydilər, İŞİD-i məğlub edə bilərdik”, - “Taliban” rəsmisi qəzetə açıqlamasında deyib.


Müəllif: Teleqraf.com