24 Oktyabr 2021 16:58
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda son sutkada daha 3436 nəfər koronavirusa yoluxub, 4483 nəfər müalicə olunaraq sağalıb, 43 pasiyent isə pandemiyanın qurbanı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytı məlumat yayıb.

Bildirilir ki, ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 692 min 240, sağalanların sayı 630 min 961, ölənlərin sayı isə 9742 nəfərə çatıb.


Müəllif: Teleqraf.com