24 Oktyabr 2021 19:08
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeddisi Avropa ölkəsinə aid 10 səfirin verdiyi bəyanatın arxasında Co Bayden hökuməti, yəni ABŞ dayanır.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə "Nyu-York Tayms" qəzeti çıxış edib.

Qəzetin İstanbul bürosunun rəhbəri Karlotta Qallın yazdığı məqalədə buna səbəb kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya siyasəti və Rusiyadan alınan hava hücumundan müdafiə sistemləri göstərilir.

Qeyd edək ki, 10 ölkənin Türkiydəki səfirləri 2016-cı il Gəzi hadisələrinə görə həbs olunmuş Osman Kavalanın azadlığa buraxılmasını tələb edən bəyanat imzalayıb.

Bu ölkələr ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveçdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə həmin səfirlərin “persona non qrata” elan etməyi tapşırıb.


Müəllif: Mahir