24 Oktyabr 2021 23:42
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kastamonu vilayətinin Bozkurt rayonunda güclü leysan yağışlarının yaratdığı daşqınlar ağır fəsadlara səbəb olub.

Teleqraf.com xəbər verir ki, rayon mərkəzinin Sınarcık, Yılmaz və Cümhuriyyət məhəllələri su altında qalıb. Ezine çayının məcradan çıxması ciddi fəsadlar törədib.

Bildirilir ki, şəhər təsərrüfatının normal idarə olunması üçün əlavə tədbirlərə başlanılıb.

Qeyd edək ki, Türkiyənin qərbi Qara dəniz ərazisi sel və daşqınlara ən həssas bölgədir. Car ilin avqustunda Kastamonu, Sinop və Bartın vilayətlərində baş verən daşqınlar 82 nəfərin həyatına son qoyub, 228 nəfər xəsarət alıb, 16 şəxs itkin düşüb. Ona görə də, yerli əhali sel və daşqın mövsümünü xüsusi narahatlıqla qarşılayır. Yerli hakimiyyət orqanları əhaliyə xəbərdarlıq edir ki, əlverişsiz hava şəraitində diqqətli olsunlar.


Müəllif: Teleqraf.com