25 Oktyabr 2021 10:52
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə hökumət, koalisiya qüvvələrinin İran tərəfindən dəstəklənən Husi milisləri ilə atışma və hava hücumları nəticəsində 814 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, koalisiya qüvvələri Yəmənin qərbindəki el-Kesara və el-Cevbe bölgələrinə son 72 saatda 88 əməliyyat keçirib.

Əməliyyatda 36 hərbi avtomobil məhv edilib, 264-dən çox Husi milisi zərərsizləşdirilib.

Husilərin hərbi sözçüsü Yəhya es-Seri bildirib ki, Husi milisləri 550 nəfəri öldürüb, 1200 nəfəri yaralayıb və 90 nəfəri əsir tutub.

“Çevbe və Marib vilayətlərində zəfər “Zəfər Baharı” əməliyyatı zamanı 3 min 200 kilometrlik ərazi azad edilib”,- sözçü bildirib.

Qeyd edəjk ki, İran tərəfindən dəstəklənən Husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bölgələrə nəzarət edir.

Səudiyyə Ərəbistanı liderliyində koalisiya 2015-ci ilin martından başlayaraq Husilərə qarş Yəmən hökumətini müdafiə edir.

Ümumilikdə Yəməndə 7 ildir davam edən vətəndaş müharibəsi və xarici müdaxilə səbəbindən 233 min insan ölüb.


Müəllif: Nemət