25 Oktyabr 2021 13:04
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya donanması aid hərbi gəmilər Yaponiyanın cənub-qərbindəki Tsuşima boğazından keçid edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi bəyan edib.

Tsuşima boğazının 140 kilometrliyindən keçən rus gəmilərinin Yapon dənizi istiqamətində irəlilədiyi bildirilir.

Eyni zamanda Tsuşimanın 60 kilometr şimal-şərqindən rus gəmisindən helikopter hava qaldırılıb.

Yaponiya hökumətinin sözçüsü İsozaki Yoşihiko bəyan edib ki, hökumət vəziyyəti yaxından izləyir.

“Yaponiyanı əhatə edən sular ilə hava sahəsində müşahidə fəaliyyətini tam gücü ilə davam edirik”,- hökumət rəsmisi bildirib.

Yaponiya ehtimal edir ki, hərbi gəmilər bu ayın ortasından hərbi təlimlər keçirən Rusiya və Çin donanmalarının ünsürləri ola bilər.


Müəllif: Nemət