25 Oktyabr 2021 15:15
7 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Almaniyada ümumdünya səhiyyə sammitinin açılışı keçirilib.

Teleqraf.com xəbər verir ki, sammitə qatılan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus pandemiyanın bitməsinə hələ çox vaxt qaldığını deyib.

Onun fikrincə, pandemiyanın bitiş tarixi insanların davranışından asılıdır: “Dünya virusla vidalaşmağı seçəndə pandemiya bitəcək. Bu bizim əlimizdədir. Həftə ərzində dünya üzrə təxminən 50 min doza vaksin vurulur, bu isə pandemiyanın bitməsi üçün kifayət deyil. İlin sonuna qədər hər bir ölkənin azı 40 faiz əhalisini peyvəndləməyi qarşımıza məqsəd qoymuşuq ”.

Qebreysus əlavə edib ki, G20 ölkələri və əhalisinin 40 faizi vaksin olunan ölkələrin peyvəndlərini digər ölkələrə verməlidirlər: “Yalnız bu şəkildə pandemiyanın öhdəsindən gələ bilərik”.


Müəllif: Aysel Azad