25 Oktyabr 2021 18:45
2 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dərman şirkəti “Merk”in hazırladığı koronavirusun müalicəsində istifadə olunacaq dərmanın sınaqlarına başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyi məlumat yayıb.

Məlumata görə, dərman COVID-19 virusunun bədəndə çoxalma təsirini azaldır. Bunun sayəsində dərmandan istifadə zamanı ölüm riski aşağı enir.

“Merk”in yoluxucu xəstəliklər və vaksinlər şöbəsinin müdiri Cey Qobler bildirib ki, dərman virusun genetik kodlarını məhv edərək onunla mübarizə aparır.

O qeyd edib ki, dərman virusun ilkin inkişaf dövründə qəbul edildikdə təsirlidir. Tədqiqatlara görə, dərman yeni COVID-19 diaqnozu qoyulmuş xəstələrin xəstəxanaya yerləşdirilmə şansını təxminən 50 faiz azaldır.


Müəllif: Aysel Azad