25 Oktyabr 2021 17:51
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanda keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, yenidən Liberal Demokrat Partiyasından namizədliyi irəli sürülən hazırkı dövlət başçısı Şavkat Mirziyoyev səslərin 80.1 faizini alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin açıqlamasında bildirilib.

O, Prezident Mirziyoyevin dünən keçirilən seçkilərdə demokratiya qaydalarına, milli qanunlara və beynəlxalq hüquqa uyğun olaraq səslərin 80.1 faizini alaraq yenidən prezident seçildiyini deyib.

Səslərin sayımasının sona çatdığını bildirən Nizamxocayev ölkə üzrə cəmi 16 milyon 212 min 343 seçicinin səs verdiyini və bunun da qeydə alınmış seçicilərin ümumi sayının 80.4 faizinə bərabər olduğunu söyləyib.

Seçkilərdə Mirziyoyev də daxil olmaqla beş namizəd yarışıb.


Müəllif: Mənsur Rəğbətoğlu