25 Oktyabr 2021 22:42
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan nəşri “Kathimerini” Baş nazir Kirakos Mitsotakisin ötən həftə Brüsseldə keçirdiyi görüşdə Avropa İttifaqı liderləri ilə Türkiyəylə bağlı müzakirələr apardığını yazıb.

Teleqraf.com xəbər verir ki, nəşr baş nazirin Avropa liderlərinə Türkiyənin iki yolunun olduğunu bildirdiyini vurğulayıb.

Bundan əvvəl də Türkiyəyə qarşı hədyanlar səsləndirən Yunanıstan baş naziri bu dəfə də Ankaraya qarşı təxribatçı açıqlama verməkdən çəkinməyib:

“Türkiyənin qarşısında beynəlxalq hüquqa uyğun hərəkət etmək və ya təxribata getməmək kimi iki seçimi var. Düşünürəm ki, Türkiyə davam etdiyi təxribatların nəticəsini bilir. Şərqi Aralıq dənizində əsas güc olduğumuzu sübut etdik”.


Müəllif: Mənsur Rəğbətoğlu