“Co Bayden administrasiyası Rusiyaya qarşı qətiyyətsiz siyasət yürüdür».
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general Ben Hodces Ukraynanın “Hromadske” telekanalına müsahibəsində deyib.
“Rusiya və İranı cilovlamaq, həmçinin regiondakı müttəfiqlərimizi və dostlarımızı qorumaq üçün Qara dənizə ehtiyacımız var”, - general bildirib.
Onun sözlərinə görə, Ağ Evin hələ də Qara dəniz hövzəsi ilə bağlı dəqiq strategiyası yoxdur. Eyni zamanda, Hodces Vaşinqtonun bu məsələ üzərində cidd-cəhdlə işlədiyini təsdiqləyib.
General bildirib ki, bu gün ABŞ Rusiyaya diplomatik təzyiqi artırmalı, həmçinin Ukrayna və Türkiyə ilə münasibətləri gücləndirməlidir. O, həmçinin Ukrayna və Gürcüstanın NATO üzvü olacağına ümid etdiyini söyləyib.