26 Oktyabr 2021 10:12
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında keçmiş yüksək rütbəli kəşfiyyat rəsmisi Səəd əl-Cəbri vəliəhd şahzadə Məhəmməd bin Salmanın 2015-ci ildə vəfat ölkənin keçmiş kralı, əmisi Abdullah bin Əbdüləziz əl-Səudu öldürməyi təklif etdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, ABŞ-ın CBS telekanalına müsahibəsində danışıb.

Cəbrinin iddiasına görə, vəliəhd 2014-cü ildə əmisi oğlu, o zaman daxili işlər naziri olan şahzadə Məhəmməd bin Nayefə Kral Abdullanın ölümünü təşkil edə biləcəyini deyib.

“O, Kral Abdullahı öldürmək istədiyini söylədi. Rusiyadan zəhərli üzük almaq istəyirdi, dedi ki, “onunun əlini sıxacağam, işi bitəcək”, - Cəbri deyib.

Keçmiş kəşfiyyatçı əlavə edib: “Bəlkə o, sadəcə lovğalanırdı, amma biz bunu ciddi qəbul edirdik”.


Müəllif: Mənsur Rəğbətoğlu