26 Oktyabr 2021 10:03
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə 4 ildən artıqdır davam edən fövqəladə vəziyyət rejimini (OHAL) ləğv etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, Misir prezidenti Feysbuk səhifəsində fövqəladə vəziyyətin ləğvi ilə bağlı açıqlama verib.

“İllər sonra bütün ölkədə fövqəladə vəziyyəti ləğv etmək qərarına gəldim. Uzun müddətdir mübarizə apardığımız bu anı birlikdə yaşadığım üçün xoşbəxtəm. Misir sadiq xalqı sayəsində regionda təhlükəsizlik və sabitlik sahəsinə çevriləcək”, - Sisi deyib.

İyulun 12-də ölkədə fövqəladə vəziyyət rejimi 17-ci dəfə 3 ay müddətinə uzadılıb. İyulun 24-dən qüvvədə olan fövqəladə vəziyyətin bu gün yenidən uzadılacağı gözlənilirdi.

2017-ci ilin aprel ayında Misirin İsgəndəriyyə və Tanta şəhərlərində həyata keçirilən və İŞİD terror təşkilatının üzərinə götürdüyü terror aktında 45 nəfər həyatını itirmiş, 125 nəfər yaralanmışdı. Bundan sonra Prezident Sisi 3 aylıq fövqəladə vəziyyət elan edildiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu