26 Oktyabr 2021 11:49
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisi (TBMM) milli təhlükəsizlik baxımından kritik əhəmiyyətə malik olan Suriya və İraqda hərbi mandatın daha iki il müddətinə uzadılması haqda qanunu müzakirəyə çıxarır.

Teleqraf.com xəbər verir ki, İraq və Suriya ilə dövlət sərhədi xaricində əməliyyat keçirməklə bağlı prezidentə verilən səlahiyyətin daha iki il müddətində uzadılmasını nəzərdə tutan “Prezident layihəsi” bu gün parlamentdə səsverməyə çıxarılacaq.

Xalqların Demokrat Partiyasının həmsədri Midhət Səncər parlametə gələn bu layihənin müxalifət üçün sınaq olacağını deməklə sənədin əleyhinə çıxacaqlarını anons edib.

İyi Partiya qanun layihəsini dəstəkləyəcəyini açıqlayıb.

Cümhuriyyət Xalq Partiyasının hansı mövqe tutacağı bu gün bəlli olacaq.

Qeyd edək ki, belə bir mandatın parlament tərəfindən dəstəklənməsi həm də Türkiyənin yeni əməliyyat keçirmək istəklərinin qarşısını açmış olacaq.


Müəllif: Nemət