26 Oktyabr 2021 13:31
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ilə Rusiya arasında diplomatik əlaqələrdə son illər müşahidə edilən gərginliyə viza təzyiqi də əlavə edilib.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamenti iki gün əvvəl yaydığı açıqlamada bundan sonra Rusiyadakı ABŞ diplomatik təmsilçiliklərinin Rusiya vətəndaşlarına viza verməyəcəyini elan edib.

Açıqlamada ABŞ-a getmək istəyən Rusiya vətəndaşlarına Polşanın paytaxtı Varşavadakı ABŞ konsulluğuna müraciət etməli olduğu bildirilib.

ABŞ-ın viza addımına Rusiya tərəfinin qarşılıq verməsi çox çəkməyib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib ki, ABŞ hakimiyyəti viza kimi bəsit formullardan istifadə etməkdən çəkinmir. ABŞ bu ölkəyə səfər etmək istəyən vətəndaşlarımıza uyğun olmayan formada davranır.

Qeyd edək ki, viza həmləsindən əvvəl Rusiya öz vətəndaşlarını ABŞ-ın ölkədəki diplomatik təmsilçiliklərində işləməsinə qadağa tətbiq etmişdi. Moskvanın bu qərarından sonra Rusiyadakı ABŞ diplomatik missiyalarında işləyən yüzlərlə rusiyalı işindən olub.


Müəllif: Nemət